İcra başçısı Zərdaba üç tərəfdən girişi bağlayıb - Faktlar
12-04-2017, 19:00
Oxunub: 4 337
Zərdab rayon sakinləri tərəfindən Ulus.Az-a müraciətdə icra başçısının özbaşına əməllərindən narazılıq edilir
“Hörmətli prezident, hörmətli vitse-prezident, düz 10 ildir ki, Lütfəli Babayev Zərdab rayonunda icra başçısıdır.
Gəlin baxın, Zərdab respublikada ən geriqalmış rayondur ki, bunun da bir nömrəli səbəbkarı Lütfəli Babayevin yarıtmaz fəaliyyətidir.
Zərdab-Ucar, Zərdab-Kürdəmir, Zərdab-Ağcabədi rayon yolları tam yararsız vəziyyətdədir. Rayonun mərkəzi küçələrinin asfalt örtüyü dağılıb. Rayonun mərkəzi küçələri zibilliklərə, sahibsiz itlərə qərq olub.
Bu 10 il ərzində Lütvəli Babayev ancaq talançılıqla məşğul olub.Buna görə Zərdab respublikada ən yoxsul, şəraitsiz rayondur”.
Ulus.Az yazır ki, şikayətçilər icra başçısını sahibkarlardan haqq almaqda ittiham edir: “Dəhşətlisi odur ki, hətta çayxana işlədənlər də icra başçısına haqq verirlər. Rayon sakinləri icra başçısından narazıdırlar.
Lütvəli Babayevin toy şənliyində prezidentin şəninə dediyi tostun sosial şəbəkələrdə yayılmasına baxıb çox xəcalət çəkdik ki, sakini olduğumuz rayonu görün kim idarə edir.
Rayonda fəaliyyət göstərən bütün sahibkarlardan 500 -1000 manat arası pulun yığılmasını tapşırıb. Adını da belə qoyub ki, guya pambıq əkilməsi üçün pul toplanılır.
Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik heç bir vəzifəyə yaramayan Lütvəli Babayevin barəsində tədbir görsünlər”.
Zərdab rayon sakinləri:
Qasımov Faiq Nəsir oğlu
Sadıqova Səmərrux Eldar qızı
Mehdiyeva Aybəniz Rafiq qızı
Əliyev Lətif Səhrab oğlu
Süleymanova Xədicə Məmməd qızı
Vəliyev Qurban Oruc oğlu
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər