BolgeXeber.Com » İdman » "Monako", "Real" və "Atletiko" qalib gəldi- Video

"Monako", "Real" və "Atletiko" qalib gəldi- Video

13-04-2017, 09:38
Oxunub: 2 941 "Monako", "Real" və "Atletiko" qalib gəldi- VideoBu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub

Qol.az-ın məlumatına görə, ikinci oyun günündə daha 3 qarşılaşma keçirilib.

Günün ilk matçı Dortmundda oynanılıb. “Borussiya” - “Monako” görüşü dünən keçirilməli olsa da, meydan sahiblərini oyuna aparan avtobusun yaxınlığında baş vermiş 3 partlayış səbəbindən görüş təxirə salınmışdı. Bugünkü matçda "Monako" 3:2 hesabı ilə qalib gəlib

Əsas diqqətlər Münhenə yönəlib. “Bavariya” öz meydanında “Real”ı qəbul edib. Erkən final adlandırılan görüşdə qonaqlar qalib gəlib - 2:1.

Madriddə keçiriləcək matda isə “Atletiko” “Lester”lə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma İspaniya klubunun qələbəsi ilə yekinlaşıb - 1:0.


Çempionlar Liqası

1/4 final, ilk oyunlar

12 aprel



22:45. "Bavariya" (Almaniya) - "Real" (Madrid, İspaniya) - 1:2
Qol: Arturo Vidal, 25 (1:0), Ronaldo, 47 (1:1), 77 (1:2)
Qırmızı vərəqə: Xavi Martinez, 61 ("Bavariya")
Reallaşdırılmayan penalti: Arturo Vidal, 45+1 ("Bavariya")

22:45. "Atletiko" (Madrid, İspaniya) - "Lester" (İngiltərə) - 1:0
Qol: Qrizmann, 28-pen.

20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Monako" (Fransa) - 2:3
Qol:Mbappe, 19 (0:1), Bender, 35-avtoqol (0:2), Dembele, 57 (1:2), Mbappe, 79 (1:3), Kaqava, 84 (2:3)
11 aprel

"Yuventus" (İtaliya) -"Barselona" (İspaniya) - 3:0
Qollar: Dibala, 7, 22, Kyellini, 55