BolgeXeber.Com » İqtisadiyyat » Dollar sabit qaldı, avro isə bahalaşdı

Dollar sabit qaldı, avro isə bahalaşdı

13-04-2017, 12:31
Oxunub: 4 393 Dollar sabit qaldı, avro isə bahalaşdıAzərbaycan Mərkəzi Bankı (AMB) manatın aprelin 13-ə olan məzənnəsini açıqlayıb

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi aprelin 12-i müqayisədə dəyişməyərək 1,7029 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8058 manatdan 1,8175 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0299 manatdan 0,0301 manatadək artıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4600 manatdan 0,4668 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1256 manatdan 2,1394 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7088 manatdan 0,7119 manatadək artıb.
Dollar sabit qaldı, avro isə bahalaşdı
Dollar sabit qaldı, avro isə bahalaşdı
Dollar sabit qaldı, avro isə bahalaşdı