BolgeXeber.Com » Ölkə » Lombardların qanunu pozmasına niyə göz yumulur?

Lombardların qanunu pozmasına niyə göz yumulur?

13-04-2017, 14:09
Oxunub: 2 300 Lombardların qanunu pozmasına niyə göz yumulur?Lombardların qanun pozuntuları haqda dəfələrlə yazmışam. Əvvəla, onlar öz vəsaitləri ilə deyil, cəlb edilmiş vəsaitlərlə kredit verərək qanunsuz bank fəaliyətini həyata keçirirlər

İkincisi, borc alanların girovlarını məhkəmədənkənar qaydada satırlar (və ya mənimsəyirlər) və s. və i.a.

AFN xəbər verir ki, bu barədə bank-maiyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, heç bir dövlət qurumu da lombardlara nəzarət etmir: "Ümid edirəm ki, onların növbəti pozuntusuna dövlət qurumları biganə qalmayacaq. Belə ki, məlum olduğu kimi, bu ilin əvvəlindən qüvvəyə minmiş “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.4.1-ci maddəsinə əsasən, kreditlərin verilməsi yalnız nağdsız qaydada həyata keçirilə bilər. Yəni o cümlədən lombard da borc alana krediti nağd verə bilməz, borc alanın bank hesabına köçürməlidir. Lakin reallıqda lombardlar kreditləri, əvvəlki kimi, nağd şəkildə verir. Ən azı ona görə ki, başdan-ayağa qanunsuz fəaliyyət göstərən, böyük ehtimalla vergidən də yayınan lombardlara şəffaf şəkildə fəaliyyət göstərmək sərf etmir. Aidiyyəti dövlət qurumlarımız isə lombardlar tərəfindən qanunun açıq-aşkar pozulmasına göz yuma-yuma sahibkarlara qanunda nəzərdə tutulmayan məhdudiyyətləri (məsələn, nağdlaşdırma limiti) tətbiq edir. Görəsən niyə?"