BolgeXeber.Com » Ölkə » Ahıl vətəndaşın təhqir olunmasının təfərrüatları – Nazirliyin böyük yalanı ifşa olundu

Ahıl vətəndaşın təhqir olunmasının təfərrüatları – Nazirliyin böyük yalanı ifşa olundu

13-04-2017, 13:34
Oxunub: 2 579 Ahıl vətəndaşın təhqir olunmasının təfərrüatları – Nazirliyin böyük yalanı ifşa olunduBir neçə gündür ki, gündəmi zəbt edən məsələlərdən biri də Sosial Müdafiə Nazirliyinin əməkdaşılarının ahıl vətəndaşı məsxərəyə qoyması, onu təhqir etmələri əks olunan video ilə bağlıdır

Hazırda həmin video youtube.com-dan silinib. Amma həmin videonun yaratdığı rezonans qalmaqdadır.


Yayıminfo.com xəbər verir ki, həmin video yayılandan sonra Səlim Müslümovun nazirliyindən tələsik açıqlama verildi və belə bir olayın baş vermədiyi, videodakı görüntülərin montaj olunduğu iddia edildi.

Nazirliyin açıqlaması belə idi. Sitat:

"Sosial şəbəkələrdə yayılan və qəbula gəlmiş ahıl yaşlı şəxslə qeyri-etik davranışın əks olunduğu videogörüntülərin Saatlı rayon Məşğulluq Mərkəzi ilə heç bir əlaqəsi yoxdur. Həmin videogörüntülərin guya Mərkəzin direktoru Bayram Mikayılovun iş otağında çəkilməsi ilə bağlı qeyd edilənlər də tamamilə əsassız və böhtan xarakterlidir”.

Nazirlikdən iddia olunurdu ki, videoda əka olunanlarla bağlı araşdırma aparılıb və Saatlı rayon sakini Elşən Mehdiqulu oğlu Allahyarovun ümumiyyətlə rayon Məşğulluq Mərkəzinə heç zaman müraciət etmədiyi və bu videogörüntülərin şəxsi zəminində Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru B.Mikayılovu şantaj etmək, gözdən salmaq üçün montaj edilərək hazırlanaraq sosial şəbəkələrə yerləşdirilib.
Nazirlikdən bildirilib ki, qeyd edilən hadisə ilə əlaqədar aidiyyəti üzrə tədbir götürülməsi üçün B.Mikayılov tərəfindən daxili işlər orqanlarına müraciət edilib. Mərkəz direktoru həmçinin onunla bağlı böhtan məqsədilə hazırlanmış videogörüntüləri heç bir dəqiqləşdirmə aparmadan və əsassız olduğunu bilə-bilə ictimailəşdirən saytla bağlı məhkəməyə də müraciət edib.

Əslində isə Nazirlik rəsmilərinin verdiyi açıqlamalar gözə kül üfürməkdən başqa bir şey deyil. Olmuş hadisəni montaj və şantaj damğası vurmaqla yaxalarını kənara çəkməyə çalışırlar. Videodan göründüyü kimi ahıl vətəndaşın ələ salınması, təhqir edilməsi məmur həyasızlığı və tərbiyəsizliyi idisə, Nazirliyin bu məsələyə münasibəti məsuliyyətsizlik və saxtakarlıqdır.

Bəli, həmin otaq Məşğulluq İdarəsinin otağı deyil. Vətəndaşın da Məşğulluq İdarəsinə aid işi olmayıb. Bəs əslində nə baş verib?

Məsələ ondadır ki, həmin məmur əvvəllər "Sobez” deyilən idarədə (həmin idarə keçən ilin martında ləğv edilərək Pensiya fondu və Məşğulluq İdarəsinə birləşdirilib) işləyib və sosial yardım işinə baxıb. O vətəndaş da yardım işi üçün müraciət edib. Otaq isə "sobez”in otağıdır. Sonra həmin Bayram adlı məmur Məşğulluq İdarəsinə direktor təyin edilib. Bu qədər sadə. Əlbəttə belə nazirliyin məmuru da bu cür olmalıdır.

Qeyd edək ki, BakiPost.az sosial şəbəkədə yayılan görüntülərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun kabinetində çəkildiyi haqda xəbər yaymışdı. Məlumata görə, Saatlı rayon sakini, 2 aydır, müavinətini ala bilməyən Allahyarov Elşən Mehdiqulu oğlu Bayram Mikayılovun qəbuluna gəlib və ondan kömək istəyib. Görüntülərdə, yaşlı vətəndaşın nəvəsinin aylardır ki, müavinətini ala bilmədiyindən şikayət etməsi əks olunub. O, yaxşı eşitmədiyindən səsini yüksəldərək danışdığını bildirir. Lakin B.Mikayılov onun üstünə qışqıraraq "Lotuluq edirsən? Kar var burda? "Zatknis” deyərək təhqir edir. Yaşlı kişi aclıqdan başının gicəlləndiyini deyəndə isə direktor ona "o dünyada sənə "qaib” qoyurlar ey” deyir.