BolgeXeber.Com » Sosial » “Azəristiliktəchizat” ASC məcburi köçkünləri soyuqla sınağa çəkir-FAKT

“Azəristiliktəchizat” ASC məcburi köçkünləri soyuqla sınağa çəkir-FAKT

13-04-2017, 14:18
Oxunub: 3 391 “Azəristiliktəchizat” ASC məcburi köçkünləri soyuqla sınağa çəkir-FAKT12 aprel tarixindən etibarən artıq iki gündür mənzillərə istilik verilmir

Payız-qış mövsümü ilə əlaqədar 15 noyabr – 15 aprel tarixlərində mərkəzləşmiş qaydada istiliklə təchizat sisteminə qoşulmuş yaşayış binalarının, məktəblərin, bağçaların istiliklə təmin olunması “Azəristiliktəchizat” ASC tərəfindən həyata keçirilir. Lakin aprelin 15-nə bir neçə gün qalmasına rəğmən “Azəristiliktəchizat” ASC paytaxtda bəzi ərazilərdə istiliyin verilməsini dayandırıb. Kivnews.com-a məlumat verən Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyində məskunlaşmış məcburi köçkünlər bildirilər ki, 12 aprel tarixindən etibarən artıq iki gündür mənzillərə istilik verilmir. Hətta bununla bağlı “Azəristiliktəchizat” ASC-nin qaynar xətti ilə əlaqə saxlanılsa da, onlarda bu barədə məlumatın olmadığı bildirilib.

Qeyd edək ki, məcburi köçkünlərin yaşadığı binanı 421 saylı qazanxana istiliklə təmin edir.