BolgeXeber.Com » Ölkə » "Əlini verməyən kişi deyil" — Bakıda polis özünü atmaq istəyən adamı belə xilas etdi (VİDEO)

"Əlini verməyən kişi deyil" — Bakıda polis özünü atmaq istəyən adamı belə xilas etdi (VİDEO)

13-04-2017, 16:51
Oxunub: 2 994 "Əlini verməyən kişi deyil" — Bakıda polis özünü atmaq istəyən adamı belə xilas etdi (VİDEO)Şəhərin Nəsimi rayonundakı mikrorayonların birində özünə qəsd etmək istəyən şəxs binanın damına çıxıb

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Beşmərtəbəli binanın damına çıxan polis özünü aşağı atmaq istəyən şəxsi qeyri-adi üsulla xilas edib.

Polis serjantı özünə qəsd etmək istəyən şəxsə yaxınlaşaraq: "Əlini mənə ver, vermiyən kişi deyil, vermiyən alçaqdır"-deyib.

Belə bir ifadə nəticəsini verib. Çox güman ki, söyüş götürməyən şəxs əlini polisə uzadıb və onu damdan endiriblər. (1news.az)