BolgeXeber.Com » Siyasət » Türkiyədə “Hə” və “Yox” düşərgəsində vəziyyət

Türkiyədə “Hə” və “Yox” düşərgəsində vəziyyət

13-04-2017, 18:46
Oxunub: 3 465 Türkiyədə “Hə” və “Yox” düşərgəsində vəziyyətTürkiyədə keçirilən son iki rəy sorğusunun nəticələri, bazar günü keçiriləcək referendumda konstitusiya düzəlişlərinə “Hə” deyənlərin azacıq səs çoxluğu ilə irəlidə olduğunu göstərir

Bu, təxminəın 100 il əvvəl müasir Türkiyə respublikasının yaradılmasından bu yana ölkənin idarəçilik sistemində ən böyük dəyişiklik ola bilər. Söhbət prezidentin səlahiyyətlərinin artırılması, ölkənin parlament sistemindən prezident idarəçiliyinə keçməsindən gedir. Referendum indiki prezident Rəcəb Tayyib Ərdoğanın hakim “Ədalət və İnkişaf” partiyasının təşəbbüsü ilə keçirilir.

Reuters yazır ki, son iki rəy sorularından birini “Konda” sorğu şirkəti keçirib ki, orda “Hə” deyənlərin 51,5 faiz olacağı proqnozlaşdırılır.

Amma şirkət deyir ki, burda aşağı-yuxarı təxminən 2,4 faiz yalnışlıq ola bilər və buna görə yekin nəticələr çaşqınlıq doğura bilər.

Bu sorğu aprelin 7-9-u arası ölkənin 30 əyalətində, 3 462 nəfərin arasında keçirilib. Sorğuya görə referendumda təxminən 90 faizə yaxın seçici iştirak etməlidir, qeyri-müəyyən seçicilərin səviyyəsi isə 9 faizə düşüb, halbu ki, bu, yanvarda 20 faizdən çox idi.

“Gezici” şirkətinin keçirdiyi sorğunun nəticələri isə “Hə” deyənlərin 51,3%, “Yox” deyənlərin isə 48,7 faiz olacağını göstərir. Bu qurum sorğunu aprelin 8-9-u arası ölkənin 10 əyalətində, təxminən 1 400 nəfərin arasında keçirib. Halbu ki, qurumun bundan bir həftə əvvəl açıqladığı sorğunun nəticələrində “Hə” deyənlərin 53,3 % olduğu göstərilirdi. Şirkətin məlumatına görə bir çox insanlar sorğu vaxtıfikirlərini ifadə etmək istəməyib, çəkiniblər və qurum qeyri-müəyyənlərin təxminən 9,9% faiz olduğunu proqnozlaşdırır.

Ötən çərşənbə günü keçirilən digər iki rəy sorğusunun nəticələri isə “Hə” düşərgəsinin 51-52 % arasında olduğunu göstərir. Reuters agentliyi isə 9 rəy sorğusunu müqaisə edərək “Hə” düşərgəsinin orta hesabla 50,9 faiz olduğu qənaətinə gəlib.

Qeyd edək ki, referendumla bağlı kampaniyalar Türkiyənin bir sıra avropalı müttəfiqləri ilə münasibətlərini korlayıb. Prezident Rəcəb Tayyib Ərdoğan Niderland və Almaniya hakimiyyətlərinin türkiyəli nazirlərin bu ölkələrdəki türk icmaları ilə mitinq keçirmələrinə icazə verməməsini “nasist” hərəkəti adlandırdı və bundan sonra Ankara ilə bu ölkələr arasında diplomatik gərginliyin artdığı müşahidə olundu.

Artıq xaricdəki türklər səsverməni ötən bazar başa çatdırıblar və Ərdoğan bu həftə bəyan elədi ki, xaricdə səs verənlər böyük fəallıq göstəriblər, hansı ki, sosialoqlar hesab edirlər ki, bu onun xeyrinə ola bilər. Şərhçilər yazır ki, əgər Türkiyə sakinləri referendumdaislahatları dəstəkləsələr, ölkədə qanunverici orqanların səlahiyyətləri bir əldə cəmləşəcək. Yəni bu islahatlar Ərdoğanın 2019-cu ilədək hakimiyyətdə qalmasına yol açacaq.

Qeyd edək ki, Ərdoğan prezident olmazdan əvvəl 2003-2014-cü illərdə baş nazir olub.

Referenduma qarşı çıxanlar, dəyişikliklərin prezidentə böyük səlahiyyətlər verəcəyini deyir, bunu kəskin tənqid edirlər: “Narahatam, ona görə ki, artıq dikdatura kimi idarə edirlər.Əgər “Hə” qalib gəlsə, onlar nə etsələr, bu leqal olacaq və onda biz real faşizmi görəcəyik”, 39 yaşlı Erbil Özdəmir CNN-ə hakim “Ədalət və inkişaf” partiyası haqqında danışarkən deyir.

Mənbə yazır ki, Ərdoğan 2016-cı il uğursuz qiyam cəhdindən sonra ölkədə daha avtoritar ab-hava yaradıb, bundan sonra müəllim, hakim, hərbçi və jurnalistlər də daxil olmaqla 47 mindən çox adam həbs edilib. Bundan başqa 100 mindən çox adam saxlanıb və yaişdən kənarlaşdırılıb.

Qeyd edək ki, hakimiyyət onları hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülən hərəkatı ilə bağlılıqda ittiham edir. Türkiyə hökuməti Fətullah Güləni 2016-cı il 15 iyul qiyam cəhdinin əsas təşkilatçısı sayır və ABŞ-dan onun verilməsini istəyir. Fətullah Gülən ittihamı rədd edir. (Azadlıq Radiosu)