Avropa Yayım İttifaqı: Rusiya “Eurovision-2017”-də iştirak etməyəcək
14-04-2017, 09:11
Oxunub: 3 390
Avropa Yayım İttifaqı (European Broadcasting Union-EBU) rəsmi şəkildə Rusiyanın “Eurovision-2017” mahnı müsabiqəsində iştirak etməyəcəyini təsdiqləyib
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq bəyanat müsabiqənin saytında dərc edilib.
Müsabiqənin nümayəndələri Rusiyanın tədbirdə iştirak etməsi üçün həll variantı tapmağa cəhd etdiklərini qeyd edib. Rusiya təmsilçisi Yuliya Samoylovaya videokörpü vasitəsilə çıxış etmək təklif olunub. Bundan başqa, Təşkilat Komitəsi təmsilçinin əvəzlənməsi imkanının da olduğunu bildiriblər.
“Təəssüf ki, hər iki variant “Birinci kanal” tərəfindən rədd olunub. Kanal rəhbərliyi “Eurovision-2017” mahnı müsabiqəsini yayımlamayacağını bəyan edib. Bu isə o deməkdir ki, Rusiya bu il müsabiqədə iştirak edə bilməyəcək. Biz həqiqətən istərdik ki, 43 ölkənin hamısı müsabiqədə iştirak etsin və bunun üçün əlimizdən gələni etdik”, - deyə bəyanatda qeyd olunub.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər