BolgeXeber.Com » Sosial » Bakıda yumurta yenidən bahalaşdı - VİDEO

Bakıda yumurta yenidən bahalaşdı - VİDEO

14-04-2017, 10:01
Oxunub: 2 827 Bakıda yumurta yenidən bahalaşdı - VİDEOBir müddət əvvəl 7 qəpiyə qədər ucuzlaşan yumurta yenidən bahalaşıb. Özü də iki dəfə. İndi yumurta 13-14 qəpiyə satılır

Yumurtanın qiymətinin necə deyərlər oynaması nə ilə bağlıdır? Növbəti süjetimizdən öyrənəcəksiniz.
Bir müddət əvvəl 7 qəpiyə qədər ucuzlaşan yumurta yenidən bahalaşdı. İndi yumurta əvvəlki qiymətindən baha, 10-14 qəpik arasında satılır.
Bazarlarda ən ucuz yumurta indi 8 qəpiyə satılır. Amma onun da ölçüsü çox balacadır. Satıcılar qiymət artımının səbəbini bilmədiklərini deyir.
Respublika Quşçular Cəmiyyətindən "Xəzər Xəbər”ə bildirdilər ki, yumurtanın qiyməti əslində 13-14 qəpik arasındadır. Bir müddət əvvəl bolluq olduğundan qiymətdə də ucuzlaşma oldu. İndi isə yumurta yenidən öz qiymətinə qayıdıb. Yəni bu bahalaşma yox, qiymətin normallaşmasıdır.