BolgeXeber.Com » İqtisadiyyat » 1000 manatlıqlarla bağlı Mərkəzi Bankdan AÇIQLAMA

1000 manatlıqlarla bağlı Mərkəzi Bankdan AÇIQLAMA

14-04-2017, 11:02
Oxunub: 3 439 1000 manatlıqlarla bağlı Mərkəzi Bankdan AÇIQLAMASosial şəbəkələrdə yayılan 1000 manat dəyərində olan xatirə sikkələri insanlarda çaşqınlıq yaradıb

Çoxları bu sikkələrin dövriyyədə olduğunu zənn edib.
"Qaynar" xəbər verir ki, məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev BAKU.WS-ə açıqlama verərək bildirib ki, bu xatirə sikkələri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə 2013-cü ildə tədavülə buraxılıb.
“2013-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin 90 illik yubileyinin ölkə miqyasında qeyd olunması ilə əlaqədar Mərkəzi Bank tərəfindən nominalı 1000 manat olan qızıl yubiley pul nişanları tədavülə buraxılıb. Yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində istehsal olunub”.
Qeyd edək ki, yubiley pul nişanının üz tərəfində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı, portreti, imzası, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Azərbaycanın xəritəsi, pul nişanının nominalı və buraxılış ili təsvir edilib. Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.
Əsas parametrlər:
Buraxılış ili: 2013
Nominalı: 1000 manat
Metalı: Au 999.9
Çəkisi: 32.3 unsiya (1005 qr)
Diametri: 100 mm
Keyfiyyəti: Pruf
Buraxılış limiti: 5 ədəd
1000 manatlıqlarla bağlı Mərkəzi Bankdan AÇIQLAMA