BolgeXeber.Com » Gündəm » Prezident İlham Əliyev Hacı Cavad məscidinin söküntüsünün dayandırlması ilə bağlı göstəriş verdi-VİDEO

Prezident İlham Əliyev Hacı Cavad məscidinin söküntüsünün dayandırlması ilə bağlı göstəriş verdi-VİDEO

14-04-2017, 15:18
Oxunub: 3 202 Prezident İlham Əliyev Hacı Cavad məscidinin söküntüsünün dayandırlması ilə bağlı göstəriş verdi-VİDEODünən Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi yerli sakinlərin narazılığına səbəb olub

Hadisə yerinə Baş nazirin müavini Yaqub Eyyubov və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov gəlib və həmçinin Yasamal rayon polis idarəsinin əməkdaşları cəlb olunub.
Söküntü dayandırılan müddət ərzində Yasamal rayon İcra başçısı İbrahim Mehdiyev, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Yasamal rayon Polis İdarəsinin rəsmiləri necə davranacaqları ilə bağlı məşvərət ediblər.
Sakinlər hələ iki gün öncədən məscidin söküntüsünün dayandırlması ilə bağlı müraciətlərini prezident İlham Əliyevə bildiriblər.

“Dövlət başçısı narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq vermişdir.”- deyə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün mətbuata açıqlamasında bildirib.
Qeyd edək ki, Hacı Cavad məscidi XIX əsrdə inşa olunub və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilərək qorunur.
Bolgexeber.com