BolgeXeber.Com » Bölgə » Bərdədə Beynəlxalq Mədəniyyət Günü qeyd olundu-FOTO

Bərdədə Beynəlxalq Mədəniyyət Günü qeyd olundu-FOTO

14-04-2017, 17:00
Oxunub: 6 205 Bərdədə Beynəlxalq Mədəniyyət Günü qeyd olundu-FOTOBərdə Regional Mədəniyyət və Turizm İdarəsi 15 aprel - Beynəlxalq Mədəniyyət Günü münasibəti ilə ədəbi-bədii musiqili tədbir təşkil etdi

Bolgexeber.com xəbər verir ki,15 aprel mədəniyyət təqviminin əlamətdar günlərindən biri olan Beynəlxalq Mədəniyyət Günüdür. Bu əlamətdar gün dünyanın bir cox ölkələri ilə yanaşı 1998-ci ildən Azərbaycanda da qeyd olunur. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan qədim zamanlardan dünya mədəniyyətinin zəngin bir parçası kimi tanınıb və bəşəriyyətin mədəni inkişafına öz töhfələrini verib. Azərbaycan xalqı tarixən öz mədəni özünəməxsusluğunu qoruyaraq gələcək nəsillərə ərməğan etmiş ən zəngin ölkələrdən biridir. Ölkəmizdəki bu özünəməxsusluq daha çox mədəniyyətlə bağlıdır. Yəni tarixən müxtəlif dinə, etnik mənsubiyyətə malik xalqlar Azərbaycanda tolerant şəkildə yaşayıblar. Dünyaya örnək olan bu birgə yaşayış ölkəmizdə problemlərlə, qarşıdurmalarla deyil, mədəni zənginliklə müşayiət olunub.
15 aprel Mədəniyyətin tərənnümü və bir əlamətdar gün kimi qeyd olunması artıq bir ən-ənə halını alıb.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi də öz növbəsində 15 aprel - Beynəlxalq Mədəniyyət Gününü qeyd etdi. Yevlax şəhərində baş tutan ədəbi-bədii musiqili tədbirdə regional idarənin tabeliyində olan nümayəndəliklər və sözsüz ki, mədəniyyət işçiləri iştirak edirdi.
Mədəniyyət Mərkəzinin direktoru Respublikanın “Əməkdar Mədəniyyət işçisi” Eldəniz Mustafayev və Şəhər Yaradıcılıq evinin direktoru Respublikanın “Əməkdar Mədəniyyət işçisi” Zöhrə Adgözəlova tədbiri giriş sözü ilə açaraq 15-aprel Beynəlxalq Mədəniyyət günü münasibəti ilə çoxsaylı Mədəniyyət işçilərini və dəvətli qonaqları salamladılar.
Tədbirdə çıxış edən Eldəniz Mustavayev və Zöhrə Adgözəlova Azərbaycan Mədəniyyətinin bizlərə verdiyi maddi və mənəvi sərvətdən danışdı.
Daha sonra çıxış edənlər son dövrlərdə Azərbaycanın, həmçinin, region mədəniyyətinin sürətli inkişafından söz açdılar. Bundan başqa ötən il Respublika Prezidentinin müvafiq sərəncamı ilə mədəniyyət və turizm sahəsində aparılan struktur təkmilləşdirilməsindən bəhs edilərək bunun Azərbaycan Mədəniyyətinin davamlı olaraq inkişafına yönəldiyini vurğuladı.
Tədbirin davamı olaraq Mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 10-nəfər Mədəniyyət işçisi MİHİ Yevlax şəhər komitəsi tərəfindən göstərdikləri fəallığa görə xüsusi fəxri fərmanı ilə təltif olundu.
Tədbirin rəsmi hissəsindən sonra bədii hissəyə start verildi. Şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəalliyyət göstərən “Sahil” vokal instrumental ansamblı tədbiri daha da rəngarəng etdi. Ansamblın solistləri xanəndə Ədalət Əkbərov , müğənnilər Rəşad Hüseynov, Orxan Əkbərov, Vasif Əsgərov şən musiqilərlə tədbir iştirakçılarının zövqünə oxşadılar.
Tədbirdə Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı olan şəhər Yaradıcılıq evinin nəzdində fəaliyyət göstərən Bəşir Səfəroğlu adına “Xalq” teatrı və Kukla “Xalq” teatırının aktyorları Qurban Əliyev, Fəridə Həsənova, Elnurə Babayeva, Aynur Mustafayeva, Zaur Qurbanov, Taleh Əzimov, Teymur Mustavayev duzlu-məzəli səhnəciklərlə tamaşaçıları gülüşlə salamladılar. Daha sonra Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Vahid” Meyxana birliyinin bədii rəhbəri Zaur Qurbanov söz çələngini fəal Mədəniyyət işçilərinə həsr etdi.
Bərdədə Beynəlxalq Mədəniyyət Günü qeyd olundu-FOTO
Bərdədə Beynəlxalq Mədəniyyət Günü qeyd olundu-FOTO
Bərdədə Beynəlxalq Mədəniyyət Günü qeyd olundu-FOTO
Bərdədə Beynəlxalq Mədəniyyət Günü qeyd olundu-FOTO
Bərdədə Beynəlxalq Mədəniyyət Günü qeyd olundu-FOTO
Bərdədə Beynəlxalq Mədəniyyət Günü qeyd olundu-FOTO
Bərdədə Beynəlxalq Mədəniyyət Günü qeyd olundu-FOTO
Bərdədə Beynəlxalq Mədəniyyət Günü qeyd olundu-FOTO
Bərdədə Beynəlxalq Mədəniyyət Günü qeyd olundu-FOTO