BolgeXeber.Com » Ölkə » 9 şagirdi reanimasiyaya aparan səbəb: - “20 qəpiklik keks yeyiblər”

9 şagirdi reanimasiyaya aparan səbəb: - “20 qəpiklik keks yeyiblər”

15-04-2017, 11:31
Oxunub: 3 140 9 şagirdi reanimasiyaya aparan səbəb: - “20 qəpiklik keks yeyiblər”5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanası 9 şagirdin zəhərlənməsinə aydınlıq gətirib

Xəstəxananın reanimasiya şöbəsinin baş həkimi Rəna Ələkbərova AzNews.az-a açıqlamasında bildirib ki, zəhərlənən 9 şagirdin vəziyyəti stabildir:

Şagirdlər ağır vəziyyətdə, ürək bulanma, 37,7 tempratur və qusma ilə xəstəxanaya gətirilib. Onların hamısı reanimasiya şöbəsinə yerləşdirilmişdi. Uşaqların vəziyyəti axşama doğru stabilləşib. Bu səbəbdən şagirdlərin hər biri ayrı-ayrılıqda palatalara köçürülüb.

Rəna Ələkbərova qeyd edib ki, şagirdlər keksdən zəhərlənib:

Şagirdlərin birinin ad günü olub. Şirniyyat mağazalarından keks alıb məktəbdə sinif yoldaşlarına paylayıb. Onu yeyəndən sonra vəziyyətləri pisləşib. Həmin kekslərin birinin qiyməti 20 qəpikdir.

Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 22 saylı orta məktəbdə baş verib.