BolgeXeber.Com » Dünya » Şimali Koreya ilk dəfə olaraq sualtı qayıqların ballistik raketlərini nümayiş etdirib

Şimali Koreya ilk dəfə olaraq sualtı qayıqların ballistik raketlərini nümayiş etdirib

15-04-2017, 11:19
Oxunub: 2 862 Şimali Koreya ilk dəfə olaraq sualtı qayıqların ballistik raketlərini nümayiş etdiribŞimali Koreya rəhbərliyi ilk dəfə olaraq paytaxt Pxenyanda keçirilən hərbi paradda sualtı qayıqların ballistik raketlərini nümayiş etdirib

Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, sualtı qayıqların “Pukkıkson-2” tipli ballistik raketləri yerli televiziya vasitəsilə yayımlanıb.

Qeyd edək ki, bu gün KXDR-nin yaradıcısı Kim İr Senin anadan olmasının 105 illiyi münasibəti ilə Pxenyanda hərbi parad təşkil olunub.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Şimali Koreyanı ciddi təhlükə adlandırıb və Koreya yarımadasının sahillərinə aviadaşıyıcı hücum donanması göndərib.