BolgeXeber.Com » Gündəm » Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı binada acınacaqlı vəziyyət hökm sürür-VİDEO

Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı binada acınacaqlı vəziyyət hökm sürür-VİDEO

19-04-2017, 14:36
Oxunub: 3 043 Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı binada acınacaqlı vəziyyət hökm sürür-VİDEOYasamal rayonu İnşaatçılar prospekti 5, Dənizçilər yataqxanasında məskunlaşan qaçqın və məcburi köçkünlərin yaşadıqları binada problemlər bitmək bilmir

Sakinlər bildirirlər ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin apardığı əsaslı təmir bir müddət əvvəl yekunlaşsa da, binanın tavan hissəsində və ayaqyolunda su dammağa başlayıb.
Nəticədə binanın divarları qopub, yerə tökülür. Çatlar günü-gündən böyüyür və sakinlərin həyatını təhlükə altında qoyur.
Valideynlər yaranmış nəmişlik nəticəsində övladlarının xəstəliyə yoluxmasından qorxduqlarını bildiriblər.
Məsələ ilə bağlı münasibət öyrənmək üçün komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovla əlaqə saxladıq:
"Həmin binanı artıq qeydiyyata almışıq və qısa zaman ərzində binanın yenidən təmir olunması yönündə tədbirlər görüləcək" - deyə Elçin Qədimov bildirdi.
Bolgexeber.com