BolgeXeber.Com » Dünya » Şimali Koreyanın raket sınağı bu dəfə də uğursuz oldu

Şimali Koreyanın raket sınağı bu dəfə də uğursuz oldu

16-04-2017, 12:19
Oxunub: 4 438 Şimali Koreyanın raket sınağı bu dəfə də uğursuz olduŞimali Koreyanın keçirdiyi növbəti raket sınağı da uğursuz olub

Virtualaz.org-un xarici KİV-ə istinadən məlumatına görə, raket Hamqyon-Namdo əyalətinin Sinpxo rayonundan buraxılıb.

Pentaqondakı mənbə bildirib ki, raket, böyük ehtimalla, qitələrarası olmayıb və buraxıldıqdan dərhal sonra partlayıb.

ABŞ prezidenti Donald Tramp və hazırda Cənubi Koreyanın paytaxtına yollanan vitse-prezident Mayk Pens Şimali Koreyanın keçirdiyi uğursuz raket sınağı barədə məlumatlandırılıblar.

Yaponiya hökuməti isə Şimali Koreya tərəfindən növbəti raket buraxılışı ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Qeyd edək ki, bir il əvvəl Şimali Koreyanın Kim İr Senin ad günü qeyd olunduğu 15 aprel tarixində keçirdiyi ballistik raketi sınağı da uğursuzluqla nəticələnmişdi.