BolgeXeber.Com » Bölgə » Cəlilabadda 400 manata göyərçin satılır - VİDEO

Cəlilabadda 400 manata göyərçin satılır - VİDEO

17-04-2017, 09:56
Oxunub: 3 558 Cəlilabadda 400 manata göyərçin satılır - VİDEOHəyətində onlarla göyərçin saxlayır, ən ucuzunun qiyməti isə 100 manatdır

Xezerxeber.az-ın məlumatına görə, Cəlilabad sakini Səlim Əliyev uzun müddətdir ki, təsərrüfatında quş saxlayır. Bu göyərçinlər arasında İran, Rusiya və Türkiyədən gətirilənlər də var. Çətinliklə əldə etdiyi bu quşlar artıq sahibinə gəlir də gətirməyə başlayıb. Göyərçinlərin bir cütünün qiyməti isə növündən aslı olaraq 100 manatdan 400 manata qədər dəyişir.
Təsərrüfat sahibinin sözlərinə görə, göyrəçinlərin səmada manevretmə, uzaq məsafələri yadda saxlama, eləcə də fasiləsiz uçma kimi bacarıqları onların qiymətlərini daha da artırır.
Gəlir əldə etmək üçün göyrəçinlərin normal bəslənməsi və qidalanması vacibdir. Səlim Əliyev deyir ki, hətta bəzi hallarda quşlar xəstəliyə tutulmasın deyə onlara müxtəlif dərmanlar da verir.
Göyərçinlər mart ayından etibarən yumurtlayır və hər 18 gündən bir bala çıxarır. Səlim Əəliyev saxladığı quşların cinslərini daha da çoxaltmaq niyyətindədir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: