BolgeXeber.Com » Dünya » Şamaxıda zəlzələ olmayıb, bəs bu nə mənzərədir? - ŞİKAYƏT

Şamaxıda zəlzələ olmayıb, bəs bu nə mənzərədir? - ŞİKAYƏT

17-04-2017, 11:05
Oxunub: 3 021 Şamaxıda zəlzələ olmayıb, bəs bu nə mənzərədir? - ŞİKAYƏTŞamaxı şəhərinin ərazisində vaxtilə 20-ə yaxın avtobus dayanacağı olub

Burada "vaxtilə" sözünü təsadüfən işlətmirik. Çünki hazırda həmin dayanacaqların yerindəki qalıqları "dayanacaq" adlandırmağa dilimiz gəlmir

Şamaxıda zəlzələ olmayıb, bəs bu nə mənzərədir?
Şamaxıda zəlzələ olmayıb, bəs bu nə mənzərədir? - ŞİKAYƏT


Şəhərdaxili ictimai nəqliyyatdan istifadə edən sərnişinlər dayanacaq üzünə həsrət qalıblar. Çünki Şamaxının mərkəzi küçələrindəki dayanacaqların vəziyyəti heç də ürəkaçan deyil. Soyuq, yağıntılı havalarda avtobus, taksi gözləyən sakinlər daldalanmağa yer tapa bilmirlər. Dörd tərəfi dağılmış yarımdayanacaqlar onları yağışdan, küləkdən qorumaq iqtidarında deyil. Oturacaqların vəziyyətindən isə danışmaq ümumiyyətlə yersizdir. Çünki "Nuh əyyamı"ndan qalma təsiri bağışlayan Şamaxı dayanacaqlarında, faktiki olacaq oturacaqlar yoxdur.

Şamaxıda zəlzələ olmayıb, bəs bu nə mənzərədir? - ŞİKAYƏT

Şamaxıdakı avtobus dayanacağının vəziyyəti

Digər bir problem alayarımçıq dayanacaqların zibilliyə çevrilməsi ilə bağlıdır. Burada isti vaxtlarda ağcaqanad əlindən tərpənmək mümkün deyil. Dayanacaqların mövcud vəziyyəti ilə bağlı müraciət etdiyimiz Şamaxı Rayon İcra Hakimiyyətinin Şamaxı şəhər üzrə icra nümayəndəliliyindən problemin səbəbini sakinlərdə axtarmağımızı məsləhət gördülər. Belə ki, icra nümayəndəliyi şəhər sakinlərinin davranışlarından şikayətçidir. "Şəhər ərazisindəki dayanacaqlar hər 6 aydan bir təmir olunur. Bizdə olan məlumatlara görə, axşamlar dayanacaqlara qənim kəsilən xüsusi insanlar var" — deyə icra nümayəndəliyindən bildirdilər.
sputnik.az