BolgeXeber.Com » Dünya » Jurnalistlər Şimali Koreyadan uça bilmir

Jurnalistlər Şimali Koreyadan uça bilmir

17-04-2017, 11:58
Oxunub: 2 358 Jurnalistlər Şimali Koreyadan uça bilmirPxenyandan Çinə 2, Rusiyaya isə 1 reys artıq 6 saatdan çoxdur Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtındakı aeroportda saxlanılıb

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Pxenyandan Pekinə olan reys yerli vaxtla səhər saat 08:30-da uçmalı olsa da, 7 saatdan çoxdur saxlanılıb. Maraqlıdır ki, Kim İr Senin anadan olmasının 105 illiyinin qeyd edilməsini işıqlandırmaq üçün ötən həftə Pxenyana gələn xarici jurnalistlər də məhz bu təyyarə ilə uçmağa hazırlaşırdı.
Uçuçu təxirə salınan ikinci təyyarə yerli vaxtla saat 08:35-də Pxenyandan Çinin Şenyan şəhərinə uçmalı idi. Yerli vaxtla saat 12:30-da isə Pxenyan - Vladivostok reysini həyata keçirən təyyarə havaya qalxmalı idi.
Hava limanının nümayəndələri və jurnalistləri müşayiət edən KXDR Xarici İşlər Nazirliyi rəsmiləri əvvəlcə təxirəsalmanı Pekində pis hava şəraitinin olması ilə izah edib. Amma aeroport rəsmiləri üç reysin saxlanılmasına aydınlıq gətirməyib.