BolgeXeber.Com » Analitika » Fazil Mustafadan Araz Əlizadəyə cavab: “Avara insanların statuslarını izləyir”

Fazil Mustafadan Araz Əlizadəyə cavab: “Avara insanların statuslarını izləyir”

18-04-2017, 16:06
Oxunub: 4 240 Fazil Mustafadan Araz Əlizadəyə cavab: “Avara insanların statuslarını izləyir”“Görünür, Araz Əlizadə "Facebook"da avara adamlara rast düşüb.”

“Görünür, Araz Əlizadə "Facebook"da avara adamlara rast düşüb.”

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Araz Əlizadənin “Facebook"da olanların hamısı avara, işsiz-gücsüz adamlardır” fikirinə münasibətində deyib. Fazil Mustafa bildirib ki, Araz Əlizadənin fikirini təbii qarşılamaq lazımdır:

Nə demək olar ki? Onun da yanaşması belədir. Görünür, Araz Əlizadə avara insanların statuslarını izləyir. Ona görə də belə fikirdədir. "Facebookda" hər xarakterdə insan var.

O, həmkarı ilə qətiyyən razılaşmadığını dilə gətirib:

"Facebookda" kifayyət qədər ciddi və maraqlı adamlar var. Amma bununla yanaşı, avara adamlar da çoxdur. "Facebook" sanki bir Azərbaycandır. Bütün ölkənin ağıllısı da, dəlisi də bir yerdədir.

Milli Məclisin deputatı Araz Əlizadə “lent-az”-a müsahibəsində facebook izləyicilərini təhqir edib. O, qeyd edib ki, "“Facebook"da olanların hamısı avara, işsiz-gücsüz adamlardır.”