BolgeXeber.Com » Dünya » Qadın jurnalistə hücum etdilər - Video

Qadın jurnalistə hücum etdilər - Video

22-10-2012, 17:05
Oxunub: 4 609 Misirdən reportaj hazırlayan fransalı jurnalist, “France – 24” telekanalının müxbiri Sonia Dridə yerli sakinlər hücum ediblər.

Bolgexeber.com-un xarici KİV-ə istinadən verrdiyi məlumata görə, misirli kişilər canlı yayıma hazırlaşan xanım jurnalistə təcavüz etməyə çalışıblar. Arzuolunmaz hadisədən Sonianı bələdçilərdən biri xilas edib. Fransız jurnalist ona zərər verənləri məhkəməyə verməyə hazırlaşır.

Bu, dünyada jurnalistlərə qarşı edilmiş ilk hörmətsizlik deyil. Belə ki, bu ilin noyabrında “France -3” telekanalının əməkdaşı Karolin Sinzi Qahirədə nümayişçilər zorlamağa çalışıblar. Onların bu cəhdi alınmayıb. Nəticədə xanım jurnalist və operator güclü şəkildə döyülüb.