BolgeXeber.Com » Dünya » “Kiş-Miş” restoranları şəbəkəsinin sahibi öldürülüb

“Kiş-Miş” restoranları şəbəkəsinin sahibi öldürülüb

23-10-2012, 14:25
Oxunub: 3 676 “Kiş-Miş” restoranları şəbəkəsinin sahibi, məşhur azərbaycanlı iş adamı Əfqan Rəsulov Sank Peterburqun mərkəzində polislər tərəfindən öldürülüb.

Rusiya KİV-nin verdiyi xəbərə görə, hadisə təcili çağırışla əraziyə gələn polis əməkdaşları ilə atışma zamanı baş verib.

İlkin məlumatlara görə, hüquq mühafizə orqanlarının əməkdaşları qanun çərçivəsində hərəkət ediblər. İnsidentin təcavüz faktı ilə bağlı əraziyə təcili çağırış edilməsindən sonra baş verdiyi deyilir. Hadisə yerinə gələn polis əməkdaşları ilə təcavüzçünün qardaşları arasında baş verən atışmada bir polis əməkdaşı yaralanıb. Cavab atəşi nəticəsində öldürülən şəxsin isə 34 yaşlı “Kiş-Miş” restoranları şəbəkəsinin direktoru Əfqan Rəsulov olduğu məlum olub.

Məhz bundan sonra polis əməkdaşları qapını qırararaq təcavüzə məruz qalan qızı xilas edə biliblər.

Polis əməkdaşları Əfqan Rəsulova məxsus evdə onun doğma qardaşını aşkar ediblər. Evə baxış zamanı seksual xarakterli cinayətin baş verməsini sübut edə biləcək maddi sübutlar və evdə aşkarlanan narkotiki götürüblər.