BolgeXeber.Com » Bölgə » Dövlət Proqramı icra olunmadı, məktəb təmirsiz qaldı - FOTOLAR

Dövlət Proqramı icra olunmadı, məktəb təmirsiz qaldı - FOTOLAR

19-04-2017, 12:21
Oxunub: 8 519 Dövlət Proqramı icra olunmadı, məktəb təmirsiz qaldı - FOTOLARNəsimi rayonu, Mərdanov qardaşları küçəsi 99 ünvanında yerləşən Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirə ehtiyacı var

Bu barədə “Bizim Yol”a valideynlərdən biri bildirib. O, məktəbin binasının vəziyyətinin təhsil üçün çox ağır vəziyyətdə olduğunu qeyd edərək, paytaxtın mərkəzində yerləşən həmin təhsil müəssisəsinin şəkillərini çəkib redaksiyamıza göndərib. Şəkillərdən məktəbin əsaslı təmirə ehtiyacı olduğu məlum olur. Onun sözlərinə görə, valideynlər məktəbin təmir olunmasında maraqlıdırlar.
Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən uşaq musiqi məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri əsaslı şəkildə təmir edilib, lazımı avadanlıq və ləvazimatla təchiz olunmalıdır.

Apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən H.Sarabski adına 7 nömrəli Uşaq musiqi məktəbi binasının 2015-ci ildə əsaslı təmir olunmalı idi. Bu işi Mədəniyyət və Turizm Nazirliyi ilə Nəsimi Rayon İcra Hakimiyyəti həyata keçirməli idi.

Sözügedən təhsil müəssisəsinin direktor müavini Ləman Sadıqova məktəbin təmir olunması ilə bağlı planının olduğunu bildirdi.

Qeyd edək ki, əsasən H.Sarabski adına 7 nömrəli Uşaq musiqi məktəbində fortepiano, tar, kamança, nağara, kanon, saz, xanəndə, vocal, skripka və nəfəsli alətləri ixtisasları tədris olunur.
Dövlət Proqramı icra olunmadı, məktəb təmirsiz qaldı - FOTOLAR
Dövlət Proqramı icra olunmadı, məktəb təmirsiz qaldı - FOTOLAR
Dövlət Proqramı icra olunmadı, məktəb təmirsiz qaldı - FOTOLAR