BolgeXeber.Com » Ölkə » Marketlərdə vaxtı ötmüş məhsullar satılır - VİDEO

Marketlərdə vaxtı ötmüş məhsullar satılır - VİDEO

19-04-2017, 12:32
Oxunub: 2 759 Marketlərdə vaxtı ötmüş məhsullar satılır - VİDEOMağazadan şirniyyat alan paytaxt sakini xoşagəlməz hadisə ilə üzləşib

Məlum olub ki, məhsulun üzərinə əlavə etiket yapışdırılıb və bu üsulla son istifadə tarixi dəyişdirilib.

Xezerxeber.az-in məlumat verir ki, məhsulun son istifadə tarixi 17 aprel 2017-ci il göstərilib. Ancaq həmin etiketi qopardanda son istifadə tarixinin 14 aprel olduğu görünür.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən bildirilib ki, istehlakçılar qarşılaşdıqları belə xoşagəlməz hallarla bağlı nazirliyin 195-2 çağrı mərkəzinə və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etsinlər. Müraciət araşdırılacaq və fakt təsdiqini taparsa, qayda pozanlar cəzalandırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: