BolgeXeber.Com » Bölgə » Anasını və bacısını qətlə yetirən şəxsin qaçmaq arzusu baş tutmadı

Anasını və bacısını qətlə yetirən şəxsin qaçmaq arzusu baş tutmadı

17-01-2011, 12:15
Oxunub: 6 194 O, Rusiyaya keçərkən tutulub

Sabirabad rayonunda ana və qızını qətlə yetirən şəxs sərhədi keçərkən saxlanılıb. Sabirabad rayon prokuroru Seyfulla Aslanov bildirib ki, yanvarın 12-də rayon sakinləri - 82 yaşlı Xalidə Güləliyeva və onun 55 yaşlı qızı Əzizbəyim Güləliyevanı qətlə yetirən şəxs Qusar rayonundan Rusiyaya keçərkən rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulub. Prokuror bildirib ki, cinayəti törədən şəxs mərhum Xalidə Güləliyevanın oğlu Əbülfəz Güləliyevdir.

Seyfulla Aslanovun sözlərinə görə, ilkin araşdırma zamanı cinayətin mənzil mübahisəsi səbəbindən baş verdiyi müəyyən olunub. Mənzildən məhrum edilən oğul anasını və bacısını qətlə yetirib.

Prokuror Bolgexeber-e bildirib ki, cinayətdə şübhəli bilinən Güləliyev hazırda Qusardan Sabirabada gətirilir. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin iki və daha artıq şəxsi qəsdən öldürmə (120.2.7-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.