BolgeXeber.Com » İdman » Qarabağ(U-12) komandası yeni turnirdən vətənə qayıdıb-VİDEO

Qarabağ(U-12) komandası yeni turnirdən vətənə qayıdıb-VİDEO

19-04-2017, 14:34
Oxunub: 3 066 Qarabağ(U-12) komandası yeni turnirdən vətənə qayıdıb-VİDEODünən axşam saat 11 radələrində Qarabağ FK-nun 12 yaşlı uşaqlardan ibarət komandası yeni turnirdən vətənə qayıdıb

Ümumilikdə 48 komandanın iştirak etdiyi turnirdə uşaqlardan ibarət komandamız qənaətbaxş nəticə göstərməyi bacarıb.
Türkiyənin İzmir şəhərində keçirilən yarışda 11 oyun keçirən azyaşlı futbolçularımız 4 oyunu qalibiyyət, 4 oynu məğlubiyyət, 3 oyunu isə heç-heçə ilə başa vurub.
Klubun infrastruktur koordinatoru Emin Süel nəticənin onu qane etdiyini və bu turnirdəki əsas məqsədlərinin azyaşlı futbolçuların beynəlxalq səviyyədə özlərini yoxlamalarından ibarət olduğunu bildirdi.
Azyaşlı futbolçularımız da yarış haqqında öz təəssüratlarını bölüşüblər.

Bolgexeber.com