Dövlət İmtahan Mərkəzi soyğunçuluqla məşğul olur? - İTTİHAM VAR
19-04-2017, 17:26
Oxunub: 4 050
Dövlət İmtahan Mərkəzi (DİM) ikinci qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərə müraciət edib
Müraciətdə bildirilib ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulu zamanı elektron ərizələrində I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istəsələr mayın 4-dən 22-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə etməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə göstərilən tarixlərdə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edə biləcəklər.
Məsələni Yeniçağ.az-a şərh edən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, 2017-2018-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının ərizə qəbulu başa çatıb:
“Öncədən müəyyən olunmuş vaxt ərzində ali təhsil almaq istəyən 69 min şəxs elektron ərizəsini təsdiq etdi. Bu göstərici ötən illərlə müqayisədə ciddi şəkildə azalıb. Buna təsir göstərən amillərin başında bu ildən etibarən qəbul imtahanlarında iştirak etmək üçün tələb olunan xidmət haqqının məbləğinin çox olmasıdır. Bundan əlavə cari ildə abituriyentlər seçdikləri ixtisas qrupu üzrə əvvəlki kimi bir dəfə deyil, iki dəfə imtahanda iştirak etmək şansı əldə ediblər. Lakin bu imtahanların hər biri ayrı-ayrı xidmət haqqı ödəməklə həyata keçirilir. Bu il ilk imtahan 30 apreldə II və III qrup üzrə, 7 mayda isə I və IV qrup üzrə olacaq”.
Ekspertin sözlərinə görə, DİM əvvəlcədən müəyyən edib ki, ikinci imtahanda iştirak etməyi elektron ərizəsində qeyd etmiş abituriyentlər bu imtahanın xidmət haqqını 15-22 mayda ödəsinlər:
“Amma müddətin qısa olduğu danılmazdır. Çünki birinci imtahan nəticələri açıqlanandan sonra hələ abituriyentlər ikinci imtahanda iştirak etmək istəklərində tərəddüd edə bilərdilər. Bundan əlavə onlar üçün bu məbləğin əldə edilməsi qısa müddət ərzində mümkün olmaya bilər. DİM gözlənilən bütün problemləri qabaqcadan görərək qabaqlayıcı tədbirlər həyata keçirtmiş oldu. Hesab edirəm ki, müddətin uzadılması abituriyentlərin imtahanda iştirak etmək hüququnu təmin olunması istiqamətində mühüm addımdır. Onlar rahat şəkildə ikinci imtahanda iştirak etmək barədə qərar qəbul edə və xidmət haqqını ödəmək üçün lazım olan vəsaiti əldə edə biləcəklər”.
Təhsil üzrə ekspert Nabatəli Pələngovun fikrincə, DİM-in müraciət məsələsi pulla bağlıdır:
“Abituriyentlərin hamısının tələb olunan ödəniş haqqını vermək imkanı yoxdur. Vaxtı da artırmaq onu göstərir ki, DİM-in həqiqətən qarşısında tariflə bağlı mövcud məsələ olmalıdır. Həmin qurum Tarif Şurasına ödənişin miqdarının azaldılması üçün müraciət etməyi mütləqdir. Məncə, məbləğ münasib olsa, heç bir problem yaranmaz. Boş büdcəni abituriyentin hesabını doldurmaq taktikası qəbulolunmazdır. Qiymət DİM-in xərclərinə adekvat olmalıdır. Adekvat deyilsə, demək bu, soyğunçuluqdur”.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər