BolgeXeber.Com » Mədəniyyət » Hacıqabul rayon Mədəniyyət Mərkəzində xanəndə Maya Cəbrayılova ilə görüş keçirilib-FOTO

Hacıqabul rayon Mədəniyyət Mərkəzində xanəndə Maya Cəbrayılova ilə görüş keçirilib-FOTO

19-04-2017, 18:22
Oxunub: 7 156 Hacıqabul rayon Mədəniyyət Mərkəzində xanəndə Maya Cəbrayılova  ilə görüş keçirilib-FOTO19 aprel 2017-ci il tarixdə Hacıqabul rayon Mədəniyyət Mərkəzində xanəndə həmyerlimiz, əslən rayonun Meyniman kəndindən olan sənətkar, "Qızıl buta" mükafatı laureatı Maya Cəbrayılova ilə görüş keçirildi

Tədbirdə əsasən rayon mədəniyyət və təhsil ictimaiyyətinin nümayəndələri, o cümlədən şəhər orta məktəblərinin şagirdləri, eləcə də qonaqlar iştirak edirdi. Tədbirin aparıcısı, Qarasu kənd klubunun müdiri, Maya xanımın tələbəsi olmuş, həvəskar müğənni Şamil Azadov (Dəniz) Maya Cəbrayılovanı təqdim etmiş, onun vaxtilə Muğam və Yaşıl Teatrlarda çalışdığını, hazırda muğam sənətinin tədrisilə məşğul olduğunu bildirmiş , tədbirin gedişində onun barəsində daha geniş bilgi vermişdir. Maya xanım növbə ilə Segah, Şur, Çahargah və Bayatı-Şiraz təsniflərini, eləcə də "Yaşa. Azərbaycan!" mahnısını ifa etmişdir. Onu tarda Özal Məmmədxanlı, kamançada Elmar Ələkbərli, nağarada isə Səftər Məmmədov müşayiət edirdilər. Xanəndənin ifaları arasındakı fasilələrdə isə söz natiqlərə: rayon mədəniyyət müəssisələrinin rəhbəri Elnur Əmiraslanova, Maya xanımın orta məktəb müəllimi, onun musiqiyə gəlişinin səbəbkarlarından olmuş Qara Əhmədova, xanəndə həmyerlimizin çalışdığı Bakının Nərimanov rayonunun YAP təşkilatının şöbə müdiri Nizami Babaşova, "Əsrin ziyalıları" jurnalının baş redaktoru, eyni adlı cəmiyyətin sədri Məleykə Göyçəliyə, müstəqil "Mədəni İrs" qəzetinin təsisçisi Mübariz Xəlilova, Maya xanımın həmkəndlisi Seyidzadə Muxtarova verildi. İki saata yaxan davam etmiş tədbir Hacıqabulun mədəni həyatında hadisəyə çevriləcək dərəcədə maraqlı keçdi.
Bolgexeber.com
Hacıqabul rayon Mədəniyyət Mərkəzində xanəndə Maya Cəbrayılova  ilə görüş keçirilib-FOTO
Hacıqabul rayon Mədəniyyət Mərkəzində xanəndə Maya Cəbrayılova  ilə görüş keçirilib-FOTO
Hacıqabul rayon Mədəniyyət Mərkəzində xanəndə Maya Cəbrayılova  ilə görüş keçirilib-FOTO