BolgeXeber.Com » Dünya » Venesuelada hökumət əleyhinə etiraz aksiyaları: Ölənlər var

Venesuelada hökumət əleyhinə etiraz aksiyaları: Ölənlər var

20-04-2017, 09:48
Oxunub: 2 609 Venesuelada hökumət əleyhinə etiraz aksiyaları: Ölənlər varVenesuelada hökumət əleyhinə etiraz aksiyaları zamanı 2 nəfər ölüb

Ölənlərdən biri 17 yaşlı gənc oğlandır. Ona motosikletdə olan şəxs tərəfindən atəş açılıb. Sözügedən adam, həmçinin kütləyə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Oxu,Az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“Venesuelada hökumət əleyhinə keçirilən genişmiqyaslı nümayişlər zamanı 400-dən çox etirazçı saxlanılıb”, - “Venesuela cinayət forumu” qeyri-hökumət təşkilatının sədri, vəkil Alfredo Romero “Twitter” mikrobloqunda yazıb.

Beləliklə, aprelin əvvəlindən etiraz aksiyaları zamanı saxlanılanların ümumi sayı təqribən min nəfərə çatıb.