BolgeXeber.Com » Ölkə » Bakıda silahlı insident — yaralanan var

Bakıda silahlı insident — yaralanan var

20-04-2017, 11:27
Oxunub: 2 610 Bakıda silahlı insident — yaralanan varBakıda silahlı insident olub

Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə Salyan şossesində qeydə alınıb.

Naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində iki nəfər – 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov və 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Soltan Turabov olması müəyyən edilib.

Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir./apa