BolgeXeber.Com » Ölkə » Lift direktorunun qızı və kürəkəni danışdı: "...Sübut edənə 150 min verəcəm" - VİDEO

Lift direktorunun qızı və kürəkəni danışdı: "...Sübut edənə 150 min verəcəm" - VİDEO

20-04-2017, 16:41
Oxunub: 3 423 Lift direktorunun qızı və kürəkəni danışdı: "...Sübut edənə 150 min verəcəm" - VİDEOBir neçə gündür ki, Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Aysel Şükürovanın toyu ölkə gündəmini zəbt edib

Bununla bağlı xəbərlər yayılandan sonra Ayselin birinci həyat yoldaşı Elşən Əsgərov mətbuata çıxaraq Şükürovlar ailəsi haqqında ciddi ittihamlar səsləndirib, idarə rəisinin quldur dəstəsinin olduğunu, onun kürəkəninə “Porche” hədiyyə etdiyini iddia edib.

Bundan başqa, o, eks-həyat yoldaşı haqqında şəxsi münasibətlərlə bağlı bir neçə ittiham səsləndirib.

Bütün bunlarla əlaqədar Qüdrət Şükürovun həyat yoldaşı Aynur Şükürova, qızı Aysel Şükürova və onun əri Oktay Əhmədov “Qafqazinfo”nun redaksiyasına müraciət edərək səslənən ittihamlara cavab vermək istəyiblər.

Oktay Əhmədov bildirib ki, toyun bütün xərcini qayınatası Qüdrət Şükürov deyil, atası Polad Əhmədov ödəyib.

Bolgexeber.com “Qafqazinfo”ya istinadən onların iddialara münasibətlərini əks etdirən videomüsahibəni təqdim edir: