BolgeXeber.Com » Ölkə » "Bəzi kanallar hicablı xanımları efirə çağırmırlar, onlara qadağa qoyurlar" - Xuraman Şuşalı

"Bəzi kanallar hicablı xanımları efirə çağırmırlar, onlara qadağa qoyurlar" - Xuraman Şuşalı

20-04-2017, 15:34
Oxunub: 7 020 "Bəzi kanallar hicablı xanımları efirə çağırmırlar, onlara qadağa qoyurlar" - Xuraman ŞuşalıMüğənni Xuraman Şuşalı bəzi televiziyaların hicablı xanımları efirə dəvət etmədiyindən gileylənib

AZXEBER.COM-a danışan müğənni hicablı olduğuna görə bir müddət bəzi verlişlərə çağırılmadığını bildirib:

"Bəzi kanallar hicablı xanımları efirə dəvət etmirlər və yaxud qonaq hicablıdırsa, çalışırlar onu çox göstrməsinlər. Hətta verilişi efirə də vermirlər. Bu hadisə mənim başıma gəlməyib. Amma hicablı olduğuma görə bəzi kanallar mıni efirə çağırmayıblar. Mən də hər efirə getmirəm. Veriliş mənə yaraşandısa gedirəm. Gedib danışacağım mövzu mənə yaxın olmalıdır. Hicab bağladıqdan sonra özüm qadağa etdim ki, mənim görüntülərimi və radioda mahnılarımı yayımlasınlar. Amma indi icazə verirəm”.

Xuraman hicablı olduğu üçün hətta filmlərin birində baş rol oynamaq təklifi gəlsə də, qebul etməyib: "Aqşin Fateh yeni film çəkir. Baş rolda oynamağı mənə təklif etdi. Aqşinə dedim ki, hicabla çəkilsəm filmin televiziyalarda verilməsi sual altında qalacaq. Bəlkə o heç bunu düşünməmişdi. İstəmirəm ki, çəkilən əziyyətlər yerdə qalsın. Vicdansızlıq etmək istəmirəm. Hicabla bağlı indiki, günümüzdə elə də çox manelər yoxdur”.
Müğənni keçmişdə etdiklərindən peşman da olduğunu da etiraf edib: "O vaxtı bilmirdim ki, etdiklərim bu dərəcədə günahdır. Yaxud da bugünki gündə sizlərin mənə sualına səbəb olacaq. Bugünki günümüzdə bizim şou-biznesimizdə bunu edənlər var. İnanıram ki, onlar da nə vaxtsa səhv etdiklərini dərk edəcəklər. Keçmiş artıq keçmişdə qalıb. İndi baxanda o həyatımla bugünkü həyatım arasında dağla aran qədər məsafə var. Çalışıram indiki həyatımda səhv addım atmayım”