BolgeXeber.Com » Ölkə » Prezident Sumqayıtla bağlı sərəncam verdi

Prezident Sumqayıtla bağlı sərəncam verdi

20-04-2017, 18:58
Oxunub: 2 394 Prezident Sumqayıtla bağlı sərəncam verdiPrezident İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Bolgexeber.com xəbər verir ki, sərəncamda bildirilir:

1. Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.