BolgeXeber.Com » Dünya » Rusiyada FTX-yə hücum: Ölən və yaralananlar var

Rusiyada FTX-yə hücum: Ölən və yaralananlar var

21-04-2017, 14:44
Oxunub: 2 769 Rusiyada FTX-yə hücum: Ölən və yaralananlar varRusiyanın Xabarovsk Diyarında Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasına silahlı hücum olub

Report xəbər verir ki, qurumun qəbul otağına edilən hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Ölənlərdən biri FTX-nin əməkdaşı, digəri isə həmin vaxt binada olan mülki şəxsdir. Ölənlərədn birinin və yaralanan şəxsin MDB ölkələrindən birinin vətəndaşı olduğu bildirilib. Amma həmin ölkənin adı açıqlanmayıb.

Məlumata görə, binaya hücum edən şəxs məhv edilib.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.