BolgeXeber.Com » Şou-Biznes » "İndi çox xoşbəxtəm"- Könül Muxtarovadan yeni fotolar

"İndi çox xoşbəxtəm"- Könül Muxtarovadan yeni fotolar

21-04-2017, 18:35
Oxunub: 20 351 "İndi çox xoşbəxtəm"- Könül Muxtarovadan yeni fotolarTanınmış aparıcı Könül Muxtarova yeni fotosessiyası üçün kamera qarşısına keçib

Fotosessiyasından bir neçə kadrı şəxsi hesabında yayımlayan aparıcı yeni imici ilə diqqət çəkib. Belə ki, Könül qısa saçlarından imtina edərək onları uzadıb. O, fotoqraf Pərviz Salıyevin obyektivinə poza verib.

Aparıcı həyatın köklü dəyişiklik etdiyini söyləyib:

"Əslində saçımda dəyişiklik etməyimin belə bir böyük səbəbi yoxdur. Üç həftəyə yaxın özümü çox narahat hiss edirdim. Bunu ətrafımda olan insanlar da mənə deyirdi. Məndə tükənmişlik sindiromu başlayacaqdı. Amma mənim tükənməyə haqqım yoxdur. Düz üç həftə bu zülmü yaşadım. Ondan sonra hər şeyi sildim, atdım bir qırağa. İki ildir idmanla məşğul olmurdum, məşqə başladım. İndi çox xoşbəxtəm".

"Ola bilər k, kiməsə aşiq olmusan?" sualına aparıcının cavabı belə oldu:

"Yox, aşiq olmamışam. Amma təki olsa.....Xanım daha da gözəlləşir. Sadəcə yaz depressiyasından çıxdım".