BolgeXeber.Com » Analitika » Vergilər Nazirliyi proqnozu doğrultmadı

Vergilər Nazirliyi proqnozu doğrultmadı

17-01-2011, 12:25
Oxunub: 5 825 Maliyyə Nazirliyi dövlət qurumlarının xərclərini açıqladı

Ötən il Azərbaycan Respublikasının dövlət büdcəsinə büdcə daxilolmalarını təmin edən orqanlar, Vergilər Nazirliyindən 4 470,0 mln. manat proqnoza əsasən 4 292,8 mln. manat, Dövlət Gömrük Komitəsindən 1 100,0 mln. manat proqnoza əsasən 1 101,7 mln manat, Əmlak Məsələləri Dövlət Komitəsindən 5,0 mln. manat proqnoza əsasən 5,4 mln. manat, Dövlət Neft Fondundan 5 915,0 mln. manat proqnoza əsasən 5 915,0 mln. manat, sair gəlirlərdən isə 15,0 mln. manat proqnoza əsasən 87,6 mln. manat daxil olub. Bu barədə “Bolgexeber”-e Maliyyə Nazirliyindən məlumat daxil olub.

2010-cu ildə dövlət büdcəsi xərclərinin icrasına gəlincə, ötən il büdcədən 12 275,3 mln. manat proqnoza qarşı 11 766,0 mln. manat xərclənib. Ümumi dövlət xidmətləri üzrə xərclər 967,0 mln. manat proqnoza qarşı 794,3 mln. manat, müdafiə xərcləri 1 205,8 mln. manata qarşı 1 185,2 mln. manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclər 712,5 mln. manata qarşı 668,5 mln. manat, təhsil xərcləri 1 240,7 mln. manata qarşı 1 181,4 mln. manat, səhiyyə xərcləri 485,6 mln. manata qarşı 429,4 mln. manat, sosial müdafiə və sosial təminat xərcləri 1 142,3 mln. manata qarşı 1 123,0 mln. manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri 172,6 mln. manata qarşı 168,4 mln. manat, mənzil və kommunal təsərrüfatı xərcləri 201,1 mln. manata qarşı 199,9 mln. manat, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərcləri 381,8 mln. manat proqnoza qarşı 372,1 mln. manat, sənaye, tikinti və faydalı qazıntılar xərcləri 4 172,5 mln. manata qarşı 4 147,0 mln. manat, nəqliyyat və rabitə xərcləri 74,6 mln. manata qarşı 55,1 mln. manat, iqtisadi fəaliyyət üzrə xərclər 125,0 mln. manata qarşı 115,9 mln. manat, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər 1 393,8 mln. manata qarşı 1 325,8 mln. manat olub.