Arvadını intihar həddinə çatdıran şəxs həbs edildi
22-04-2017, 15:27
Oxunub: 2 325
Aprelin 19-da Mingəçevir şəhər sakini, 1977-ci il təvəllüdlü İsmayılova Aynurə Xalid qızının yaşadığı evdə bıçaqla qarın nahiyəsinə xəsarət yetirərək özünü öldürməyə cəhd etməsi faktına görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb
Baş Prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə, iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla müəyyən edilib ki, A.İsmayılovanın özünü öldürməyə cəhd etməsinə səbəb əri İsmayılov Eldəniz Allahverən oğlunun onu mütəmadi olaraq ləyaqətini alçaltması və amansız rəftar edərək döyməsi olub.
Müayinə olunması üçün məhkəmə-tibb ekspertinə təqdim olunan A.İsmayılovanın bədəninin müxtəlif nahiyələrində çoxsaylı xəsarət izi aşkar edilib.
E.İsmayılov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər