BolgeXeber.Com » Xəbərlər » “MTN işi”: dələduzlar Çovdarovdan intiqam alır

“MTN işi”: dələduzlar Çovdarovdan intiqam alır

24-04-2017, 09:31
Oxunub: 2 421 “MTN işi”: dələduzlar Çovdarovdan intiqam alırVaxtilə qanunsuzluq edən sabiq MTN-çilər indi yalançı şahidlərlə üzləşməli olublar

Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən 3 MTN əməkdaşının məhkəmə prosesi davam edir. Məhkəmədə üzə çıxan faktlar, məlumatlar onu deməyə əsas verir ki, mühakimə olunanlar xeyli qanunsuzluqlara yol veriblər. Bu gün isə onların özləri belə aqibətlə üzləşiblər.

Məsələn, A.Çovdarovun əleyhinə ifadə verən şahid Fuad Nəcəf bildirib ki, 2015-ci ilin sentyabrında onu tutaraq MTN-ə aparsalar da, irəli sürülən ittiham sübuta yetirilə bilməyib və cinayət işi Nəsimi Rayon Polis İdarəsində araşdırıldıqdan sonra baxılmaq üçün Nəsimi Rayon Məhkəməsinə verilib. Fuad Nəcəf istintaqın davam etdiyi 7 ay ərzində təcridxanada saxlansa da, günahının sübuta yetirilməsinin mümkün olmaması səbəbindən bəraət qazandığını deyib.

Məsələ ilə bağlı ifadə verən təqsirləndirilən Akif Çovdarov çox maraqlı bir detalı açıqlayıb.

“Bu adam respublikaya narkotik gətirən adamdır. Bəraəti isə ona görə veriblər ki, gəlib burada mənim üzümə dursun” - deyə, Çovdarov bildirib.


İş üzrə zərərçəkmiş kimi tanınan Qədim Ədilovu Keşlə Yük Stansiyasında bu gün də axtaranlar çoxdur. Hamıdan pul alıb, hamıya taxta-şalban gətirməyi vəd edib. 20-yə yaxın şəxsin əlində Qədim Ədilovun onlara borclu olması haqda sənəd-sübut var. Amma nə faydası? Məsələn, Q.Ədilov deyir ki, 7 sentyabr 2015-ci il tarixdə 18-19 radələrində «Nərimanov» metrosu yaxınlığında Səlim Məmmədovla görüşüb, onların yanında Cəbrayıl adlı MTN əməkdaşı olub. Məlum olub ki, Cəbrayıl adlı MTN əməkdaşı 6-7 sentyabr tarixlərində rəhbərlikdən icazə alaraq Şamaxı rayonunda olub.

Image result for Məhkəmə

DTX-dan isə bildiriblər ki, Q.Ədilovun göstərdiyi saatlarda Səlim Məmmədov iş yerində olub, Qədim Ədilovun pulu verdiyini idda etdiyi vaxtdan azı 2 saat sonra MTN-dən çıxdığını bildirib. Daha sonra digər vəkillərin suallarını cavablandıran Qədim Ədilovun ifadəsindən məlum olub ki, zərərçəkmiş 20 və 24 aprel tarixlərində MTN-də olmuş və İlham Nəsibov və Eldar adlı şəxslərdən MTN-ə yazılı şikayət etmişdir, lakin istintaqda bu barədə bildirməyib. Zərərçəkmiş vəkillərin nə səbəbdən bu barədə istintaqa bildirməməsi barədə sualına “soruşmadılar, demədim” cavabını verməklə kifayətlənib.

Onuda qeyd edək ki, cinayət işinin materiallarında olan sənədlərdən məlum olur ki, Qədim Ədilov 23 iyun tarixində MTN-in əsas binasında saat 13:31-dən 13:59-dək (cəmi 28 dəqiqə) olub və dediyi hadisələr, yəni əsas binaya daxil olması, 3-cü mərtəbəyə qalxması, Akif Çovdarovun əvvəlcə yumruqla yorulanadək Qədim Ədilovu döyməsi, daha sonra əllərini plastik iplə bağlatdıraraq dubinka ilə başına və boynuna vurması, huşunu itirməsi, Səlim Məmmədovun üzünə su vurmaqla onu ayıltması və əsas binadan çölə çıxması həmin 28 dəqiqə ərzində baş verib!


Qeyd edək ki, A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.