BolgeXeber.Com » Xəbərlər » Şair və iş adamı intihar etdi - Cəlilabadda

Şair və iş adamı intihar etdi - Cəlilabadda

24-04-2017, 09:50
Oxunub: 2 131 Şair və iş adamı intihar etdi - CəlilabaddaŞair, iş adamı Niyaz Əsgərov bu gün səhər saatlarında Cəlilabad rayonunun Sabirabad kəndində intihar edib

Kult.az xəbər verir ki, 1965-ci il təvəllüdlü N.Əsgərov iş adamı kimi Bakıda böyük biznes şəbəkəsinə sahib olub. Əmisi oğlu, hüquqşünas Elxas Əsgərovun bildirdiyinə görə, maddi baxımdan çox imkanlı iş adamlarından olan N.Əsgərov ötən gün axşam saatlarında ata evlərinə - Cəlilabadın Sabirabad kəndinə gedib və həyətlərindəki yardımçı tikilidə özünü asıb.

Sakit təbiətli, imkanlı şəxs olan N.Əsgərovun intihar səbəbi bilinmir.

Hadisə ilə bağlı Cəlilabad Prokurorluğunda araşdırma aparılır.