BolgeXeber.Com » Siyasət » Rusiyalı müğənni qatardan endirilərək Ukraynaya buraxılmayıb – VİDEO

Rusiyalı müğənni qatardan endirilərək Ukraynaya buraxılmayıb – VİDEO

24-04-2017, 11:22
Oxunub: 3 410 Rusiyalı müğənni qatardan endirilərək Ukraynaya buraxılmayıb – VİDEORusiyalı müğənni Lolita Milyavskaya Ukrayna sərhədçiləri tərəfindən qatardan endirilərək ölkəyə buraxılmayıb

“Report” xəbər verir ki, bu barədə müğənni “Facebook”dakı rəsmi səhifəsinə yerləşdirdiyi videomüraciətində məlumat verib.

“Sizcə, mən hardayam? Mən Konotopdayam (Ukraynada şəhər), səhər saat 4-də məni qatardan aşağı endirdilər, mən xəstələnmiş övladımı ziyarət edə bilmirəm, çünki mənim Ukraynaya girişimə qadağa qoyulub. Bax belə, dərhal başqa qatara keçirirlər”, – deyə o bildirib.

Milyavskaya əlavə edib ki, qadağa o, 2015-ci ildə Krıma getdiyi üçün tətbiq edilib.