BolgeXeber.Com » Dünya » Avropa Komissiyasının vitse-prezidenti Bakıya gəlir

Avropa Komissiyasının vitse-prezidenti Bakıya gəlir

29-10-2012, 11:35
Oxunub: 3 512 Noyabrın əvvəllərində Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroes Azərbaycana səfərə gələcək.

Bu barədə Bolgexeber.com-a açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilz məlumat verib.

Diplomat bildirib ki, Neelie Kroes Bakıda keçiriləcək internetin idarə edilməsinə dair beynəlxalq tədbirdə iştirak edəcək.

Onun sözlərinə görə, həmin tədbirdə internetin tənzimlənməsi ilə bağlı hökumətin və cəmiyyətin mövqeyi müzakirə olunacaq, internet medianın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.

Tədbirdə Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri, hökumət və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edəcəklər.