BolgeXeber.Com » Bölgə » "Xəmsə" Milli İntellektual Oyunu üzrə gənclər arasında IX Azərbaycan çempionatının zona mərhələsi keçirilib - Tərtərdə
"Xəmsə" Milli İntellektual Oyunu üzrə gənclər arasında IX Azərbaycan çempionatının zona mərhələsi keçirilib - Tərtərdə
24-04-2017, 12:20
Oxunub: 3 692
Aprelin 22-də Tərtər Rayon Uşaq-Gənclər Şahmat Məktəbində "Xəmsə" Milli İntellektual Oyunu üzrə gənclər arasında IX Azərbaycan çempionatının zona mərhələsi keçirilib
Yarışın açılışında çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Emin Pənahov "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın icrası istiqamətində rayonda görülmüş işlərdən və həyata keçirilən tədbirlərdən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Bolgexeber.com xəbər verir ki, zona birinciliyində Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Xocalı, Şuşa, Xocavənd, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonlarının və Xankəndi şəhərinin ümumilikdə, 16 komandası iştirak edib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Cəbrayıl rayonunun "Lələtəpə" komandası ümumilikdə, 5700 xalla I yeri, Füzuli rayonunun "Ərgünəş" komandası isə 2700 xalla II yeri tutaraq Balakəndə keçiriləcək final mərhələsinə vəsiqə əldə ediblər.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə