BolgeXeber.Com » Mədəniyyət » Xalq artisti Ramiz Zöhrabov vəfat edib

Xalq artisti Ramiz Zöhrabov vəfat edib

24-04-2017, 14:32
Oxunub: 4 956 Xalq artisti Ramiz Zöhrabov vəfat edibXalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabov vəfat edib

Bu barədə APA-ya Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə məlumat verib.

Vida mərasimi bu gün saat 12.00-dan 14:00-dək Təzəpir məscidində keçiriləcək. Bəstəkar II Fəxri xiyabanda dəfn olunacaq.

Ramiz Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub.

"Şöhrət" ordeni ilə təltif olunmuşdu, Prezident təqaüdçüsü idi.

Ramiz Zöhrabovun oğlu rejissor Rəşad Zöhrabovu 22 oktyabr 2016-cı ildə avtomobil vurub və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Faciəli şəkildə dünyasını dəyişən rejissorun dörd övladı var idi.