BolgeXeber.Com » Şou-Biznes » Gözəl səsi ilə tamaşaçıların rəğbətini qazanan güneyli müğənnimiz Keykavus -FOTO,VİDEO

Gözəl səsi ilə tamaşaçıların rəğbətini qazanan güneyli müğənnimiz Keykavus -FOTO,VİDEO

24-04-2017, 17:49
Oxunub: 7 625 Gözəl səsi ilə tamaşaçıların rəğbətini qazanan güneyli müğənnimiz Keykavus -FOTO,VİDEOKeykavus gözəl səsə sahib olan müğənnilərimizdəndir

Bugünkü müsahibimiz tanınmış müğənni, Güney Azərbaycandan olan Salehi Keykabus Einali oğludur. Keykavus gözəl səsə sahib olan müğənnilərimizdəndir.O bir çox toy məclislərində iştirak edir və televiziya verilişlərinə dəvət olunur.Gənc müğənnimizin 33 yaşı var,lakin gənc olmağına baxmayaraq gözəl səsə sahibdir və çoxsaylı tamaşaçıların rəğbətini qazana bilib. Keykavus Bolgexeber.com-a qısa açıqlamasında bildirdi ki,bu sənətə öz istəyi ilə gəlib. Qeyd edək ki,Keykavus Azərbaycanda keçirilən, ATV kanalında yayımlanan "Xalq ulduzu"musiqi yarışmasında iştirak edib, amma yaş həddinə görə müsabiqədə iştirakını dayandırmalı olub.Bununla belə o 30 iştirakçı arasında 4-cü yeri tutub,diplom və sertifikatla təltif olunub.Bundan başqa Keykavusun qardaşı Keyhan Salehi da onun kimi istedadlı müğənnidir və tez-tez onunla toy məclislərində, tədbirlərdə iştirak edir.Qardaşlar bir yerdə İranda və Azərbaycanda el şənliklərində,toylarda çox gözəl duet oxuyurlar.Keykavus yaradıcılıq yolunda irəli getməsində,tanınmasında qardaşının çox böyük əziyyətinin olduğunu,Keyhan Salehinin İranda bir çox uğurlara imza atdığını da qeyd etdi.

”Şükür Allaha indi də davam edirəm bu sənətdə fəaliyyətimi. Uğurumun bir səbəbi də çoxlu bədii ədəbiyyat oxumağımdır ki,bu mənə yaradıcılığımda çox kömək olur”,-deyə gənc güneyli müğənni müxbirimizə bildirdi”. Biz də Bolgexeber.com olaraq müğənnimizə yaradıcılığında yeni uğurlar,işlərində nailiyyətlər arzulayırıq və onun repertuarından gözəl bir ifa təqdim edirik: