Dünyada rus dilində danışanların sayı azalır - Kremldə HƏYƏCAN
25-04-2017, 14:35
Oxunub: 2 436
Tacikistanda uşaqlara slavyan adlarının verilməsi qadağan olunub
Qazaxıstanda isə kiril əlifbasını latın qrafikalı əlifbaya keçirməklə bağlı islahat planlaşdırılır. Bu tendensiya davam edərsə, 10 ildən sonra rus dili dünyanın ən geniş yayılmış 10 dil sırasını tərk edəcək.
Ümumiyyətlə, son 25 ildə rus dili dünyada mövqelərini ən çox itirən dil sayıla bilər. İngilis dilinin dünyada, həmçinin postsovet məkanında uğurla yayıldığı bir dövrdə rus dilindən istifadə edənlərin sayı sürətlə azalır. Belə ki, 25 il əvvəl bu dildə 300 milyon insan danışsa da, bu gün həmin rəqəm xeyli azalıb. Putin başda olmaqla, Kreml rəhbərliyinin rus dilini populyarlaşdırmaqla bağlı addımları da bu işə yardım edə bilmir.
Məsələn, bu gün Qazaxıstanda 20% əhali rusca danışırdısa, 15 il əvvəl rus dilini doğma sayanlar 35% təşkil edirdi.
Krım və Donbası çıxmaq şərtilə, Ukrayna ərazisində də rus dilindən istifadə edənlərin sayı azalır. 1994-cü ildə rusdillilərin sayı 33% idisə, bu gün həmin rəqəm 24%-ə geriləyib.
Rus dilinin çiçəkləndiyi yeganə ölkə isə Belarusdur. 1994-cü ildən Belarus hökuməti rus dilinin populyarlaşması ilə bağlı xüsusi proqram həyata keçirir Ona görə rusdillilərin sayı 20 il əvvəli ilə müqayisədə 5 dəfə artıb.
Bununla belə, rus dili hələ də millətlərarası ünsiyyət zamanı vacibliyini qoruyur. Estonla azərbaycanlı, gürcü ilə qazax ingilis dilindən çox rus dilində anlaşır. Amma bu tendensiya azalmağa doğru gedir. Məsələn, Gürcüstanda gənclər rus dilindən çox ingilis dilinə həvəs göstərir. Amma Rusiyadan siyasi və iqtisadi asılılığı olan Ermənistanda, əksinə, rus dilinin mövqeyi daha da güclənir.
Geosiyasi xəritəyə nəzər saldıqda, Ukrayna, Gürcüstan və Baltikyanı ölkələrdə rus dilindən imtina olunduğunu görə bilərik. Rusiyanın istila etdiyi Ukrayna Krımında yaxud Gürcüstanın Cənubi Osetiya bölgəsində rus dili təhsil, kommersiya, elm və mədəniyyət sahələrində hakim yer tutur. Ehtimal olunur ki, 2025-ci il üçün rus dili bu dildə danışanların sayına görə, portuqal və benqal dillərindən geridə qalacaq. (Modern.az)
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər