BolgeXeber.Com » Dünya » Kirayə ər xidməti

Kirayə ər xidməti

17-01-2011, 12:35
Oxunub: 4 897 Saatı 13 avro olan xidmət Gürcüstanda fəaliyyətə başlayıb

Azərbaycanın qonşusu olan Gürcüstanda yeni xidmət fəaliyyətə başlayıb. "Kirayə ər" xidməti əhalinin böyük rəğbətinə səbəb olub. Ev işlərində kişiyə ehtiyacı olan subay qadınlar xidmətə müraciət edərək müəyyən məbləğ qarşılığında "ər" kirayə ala bilirlər.

Şirkət sahibi Beso Mchedmişvilinin sözlərinə görə, onlar bu xidməti çətin ev işlərində yardıma möhtac olan qadınlar üçün yaradıblar.

"Amma şirkətin "bir saatlıq kişi" adı qadınları çaşdırır. Onların arasında sevgiyə ehtiyacı olanlar da olur. Ancaq biz xidmətdən istifadə etmək istəyənlərə əməkdaşlarımızın "kişi fahişə"lər olmadığını deyirik", deyə B. Mchedmişvili bildirib.

Qeyd edək ki, şirkətdə işləyən kirayə "ər"lər su kranlarını, işıqları düzəltmək və sairə xidmətlər göstərirlər. Tiflisdəki şirkətdən ər kirayələməyin bir saatı isə 13 avrodur.