BolgeXeber.Com » İqtisadiyyat » Evinizi hostel kimi istifadə edə bilərsiniz-Qanun təsdiqləndi

Evinizi hostel kimi istifadə edə bilərsiniz-Qanun təsdiqləndi

25-04-2017, 15:18
Oxunub: 3 700 Evinizi hostel kimi istifadə edə bilərsiniz-Qanun təsdiqləndiAzərbaycanda özəl çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mehmanxana və ya mehmanxana tipli obyekt kimi istifadə edilməsi asanlaşır

Bolgexeber.com -un Trend-ə istinadən məlumatına görə, bu barədə məsələ Mənzil Məcəlləsin bu gün keçirilən plenar iclasında Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsi haqda məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən, mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri "yerləşmə vasitələri" adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilirlər. Nəticədə özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən "yerləşmə vasitəsi" kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.

Ə.Hüseynli bildirib ki, bu dəyişiklik turizmin inkişafı ilə bağlı kiçik, amma əhəmiyyətli dəyişiklikdir.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib.