BolgeXeber.Com » Şou-Biznes » "Bu nə paltardı geyinmisən, sənə demişəm "razmer"inə görə geyin" - Aktrisanı aşağıladılar, "Lider"in aparıcısının halı pisləşdi-VİDEO

"Bu nə paltardı geyinmisən, sənə demişəm "razmer"inə görə geyin" - Aktrisanı aşağıladılar, "Lider"in aparıcısının halı pisləşdi-VİDEO

25-04-2017, 18:12
Oxunub: 15 672 "Bu nə paltardı geyinmisən, sənə demişəm "razmer"inə görə geyin" - Aktrisanı aşağıladılar, "Lider"in aparıcısının halı pisləşdi-VİDEO"İlin favoritləri” mükafat mərasimində dava düşüb

AZXEBER.COM-un məlumatına görə, dünən Rəşid Behbudov adına Mahnı Teatrında "Show Prodakş"ının təşkilatçılığı ilə "İlin favoritləri” mükafatla mərasimi baş tutub. Gecənin aparıcısı İlahə Nizamiqızı olub.

Bu il çox az müğənni mükafata layiq görülüb. Niyam Səlami və Səidə Sultan "İlin mahnısı”, Yaşar Cəlilov "İlin sevilən ifaçısı”, müğənni Mirabbas Babayev "İlin sevilən səsi” mükafatını qazanıb.

Vüsalə Kərimova "İlin peşəkar TV aparıcısı”, Mila Əminə "İlin gənc aktrisası” mükafatına layiq görülüb.

Tədbir davam edən zaman aparıcı İlahənin səhhətini pisləşib və o məclisi yarımçıq tərk edib. Onu əvəz etmək üçün səhnəyə fotoqraf Ruslan çıxıb. Ruslanın mükafat sahiblərinə kobud davranması qonaqlar tərəfindən birmənalı qarşılanmayıb.

"İlin gənc aktrisası” adına layiq görülən aktrisa Mila Əminə də aparıcının qəzəbinə tuş gəlib. Belə ki, aktrisanın geyimini görən aparıcı deyib: "Bu aktisa çox "interesni" bir paltar geyinib. Mila, bu nə paltardı geyinmisən, min dəfə demişəm ki, "razmer"inə görə paltar geyin.

Milanın mükafat almasından xəbərsiz olmasına isə aparıcı belə reaksiya verib: "Bilirik ki, aktrisasan. Ancaq daha bu qədər də aktrisalıq eləmə, keç otur yerində"

Mila AZXEBER.COM-a bununla bağlı deyib: "Mükafata görə "Show” prodakşın rəhbərinə təşəkkürlərimi bildirirəm. Təqdimatdan bir çoxları inciyib getdi. Onlardan biri də mənəm. İlahə xanım gözəl aparıcılıq edirdi. Səhhəti ilə bağlı sona qədər qala bilmədi. Ruslan da fotoqrafdı. İnsanda mədəniyyət olar. Onun səhnədə etdiklərinə cavab vermədiyim üçün qınasalar da, bu mənim mədəniyyətimdən irəli gəldi. Mənim hər bir işim göz önündədir.”

Məşhur stilist İntuş da bu hadisədən sonra mükafatını götürməyərək gəcəni yarımçıq tərk edib. İntuş məsələylə bağlı AZXEBER.COM-a deyib: "Belə səviyyəsiz tədbir görməmişdim. Tədbiri təşkil edən nəzarət etməlidir ki, aparıcı kimi səhnəyə kimi çıxarıb. Mükafata ehtiyacım yoxdur. Sadəcə dəvət etmişdilər mən də saymamazlıq etməyib, gəlmişdim”
"Bu nə paltardı geyinmisən, sənə demişəm "razmer"inə görə geyin" - Aktrisanı aşağıladılar, "Lider"in aparıcısının halı pisləşdi-VİDEO
"Bu nə paltardı geyinmisən, sənə demişəm "razmer"inə görə geyin" - Aktrisanı aşağıladılar, "Lider"in aparıcısının halı pisləşdi-VİDEO