BolgeXeber.Com » Dünya » ABŞ-da şəhər küçələrində köpək balığı üzür

ABŞ-da şəhər küçələrində köpək balığı üzür

30-10-2012, 10:30
Oxunub: 3 799 “Sendi” öz işini görməkdədir

“Sendi” qasırğasının törədəcəyi fəlakətin miqyasını azaltmaq üçün Nyu-Yorkun Aşağı Manhetten rayonunda elektrik təchizatı dayandırılıb.

Lent.az-ın “Associated-Press” agentliyinə istinadən verdiyi məlumata görə, fəlakət zonasına 50 milyon insanın yaşadığı Şimali Karolina ştatından Massaçusets ştatına qədər ərazini əhatə edir.

Dalğalar Nyu-Yorkda yeraltı keçidlərin su ilə dolmasına yol açıb. Şahidlər Nyu-Cersi küçələrində üzən köpək balığının fotoşəklini çəkiblər.